2010da Facebook və Twitter daha sıx hücumlara uğrayacaq.
Veb təhlükəsizlik həlləri təqdim edən McAfee firması açıqladığı hesabatda 2010`cu ildə ictimai şəbəkələrin daha çox istifadəçiyə çatacağını bu səbəblə edilən hücumların da eyni ölçüdə artacağını və virtual cinayətlər ilə əlaqədar tədbir götürəcək yeni qanunların çıxarılmasının vacib olduğunu bildirdi.
Facebook və digər xidmətlərdə olan artımlar virtual cinayətlərə rahat bir mühit təmin edir.
Sosial şəbəkə istifadəçiləri yoldaşları tərəfindən göndərildiyini düşündükləri tətbiqləri güvənərək basan zaman təhlükəli hücuma açıq hala gəlirlər.
2010 təhlükəsizlik hesabatında, McAfee bank təhlükəsizlik sistemlərinin də təhdid altında olduğunu ifadə edir.
McAfeenin söylədiyinə görə bu il Adobe məhsullarına qarşı olan təhdidlər artacaq və Google`nin yeni əməliyyat sistemi Chromes`i çıxarması piratlar üçün yeni hücum sahəsi yaradacaq.
Yeni hüquqi tənzimləmələr tələb edən McAfee 2010-cu ildə öz həllərini də bu istiqamətdə inkişaf etdirməyə davam edəcəklərini ifadə etdi.